Andre Braytenrayter “Hoffenhaym”dan qovuldu

Almaniya Bundesliqasında mübarizə aparan “Hoffenhaym” komandasının baş məşqçi Andre Braytenrayter istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən kollektiv Almaniya Bundesliqasında sonuncu dəfə ötən ilin oktyabr ayında qələbə sevinci yaşayıb. Ondan sonrakı görüşlərdə elita təmsilçisi ən yaxşı halda bir neçə heç-heçəyə nail olub. “Hoffenhaym” bu mövsüm Bundesliqada 19 oyuna topladığı 19 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Andre Braytenrayter 2022-ci ilin iyul ayından “Hoffenhaym”a rəhbərlik edirdi. Almaniyadan olan 49 yaşlı mütəxəssis bu komandanı 22 rəsmi matça çıxarıb. Komanda bu matçlarda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 11 məğlubiyyətlə üzləşib. O, daha öncə “Sürix”, “Hannover”, “Şalke”, “Paderborn” və “Havelse” kimi komandalara da rəhbərlik edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: