Anna Başta Olimpiadaya lisenziya qazandı

Azərbaycan qılıncoynadanı Anna Başta bu il Fransada keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Arena.az xəbər verir ki, idmançı bu barədə sosial şəbəkə hesabında yazıb.

Sablyaçı turnirdə iştirak etmək hüququ qazandığını vurğulayıb

O, Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasını əldə edib. Anna Başta Avropa çempionatı, Dünya Kuboku və qran-prilərdəki çıxışına görə, bu hüquqa sahib olub:

“Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Bu qərara görə, Beynəlxalq Qılıncoynatma Federasiyasına təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya Kuboku və qran-pridəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”, – deyə idmançı vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: