“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünün ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Cari mövsümdə 55 yaşlı italyan müəxəssisin rəhbərliyi altında “Napoli” İtaliya Seriyasının çempionu adını qazanıb.
Antonio Konte “Napoli”nin sükanı arxasına ötən ilin iyul ayından fəaliyyətə başlayıb. Neapol təmsilçisi Konte ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Napoli”, italyan mütəxəssisin qarşısına komandanı rəqabətəqadir, iddialı kollektivə çevirmək tapşırığı qoyub. 55 yaşlı əzmkar Konte isə bu yükün altına inamla çiyin verib.
Rəhbərliyi müddətində Konte “eşşəkciklər”i 41 oyuna çıxarıb, 26 qələbə, 10 heç-heçə, 5 məğlubiyyət yaşayıb. “Napoli”nin top fərqi isə 69:33 nisbətindədir.
Kontenin “Napoli”si İtaliya A Seriyasını 82 xalla yarış cədvəlininin zirvəsində tamamlayıb.


