Antonio Konte: “Hamı “Napoli”yə minnətdar olmalıdır”

“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 32-ci turunun “Empoli” ilə oyununda 3:0 hesablı qələbəni şərh edib.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Romelu Lukaku və Skott Maktominey təəssürat oyatdılar, amma bu qələbə – hamının işinin bəhrəsidir. Bu, sorğuları həmişə cavablayan, indi isə işinə sədaqətinin bəhrəsini görən komandanın uğurudur. Mən isə gözləyirəm ki, bu andan etibarən və sona qədər oyunçularım böyük təcrübə və cazibə ilə fərq yaradacaqlar və məsuliyyəti çiyinlərinə alacaqlar. Romelu və Skott mənə vacib cavablar verdilər. Biz nəsə gözəl bir iş görürük, mümkün ki, lap elə, gözlənilməz bir iş. Mən isə bunu azacıq eyhamla deyirəm, amma siz bizə minnətdar olmalısınız, biz çempionatı diri saxlayırıq, əks halda səs-küylü başlıqlar çoxdan qurtarmışdı”, deyə Antonio Konte vurğulayıb.

32 oyundan 68 xalla “Napoli” İtaliya A Seriyasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Empoli” isə 24 xalla 19-cu pillədədir.

A Seriyasına 71 xalla “İnter” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: