“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 25-ci turunda “Latsio” ilə səfər heç-heçəsini (2:2) şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir
“Bu, pərişan edir, çünki nəticədə biz “Stadio Olimpiko”da əla rəqiblərə qarşı oyunların son dəqiqələrində 4 xal itirdik. Bizim komandamız ustalığa malikdir və bizi məğlub etməyin çətin olduğunu sübut edir, amma oyunların sonlarında əldən verilmiş qələbələr özlərindən sonra acı dad-tam qoyurlar.
“Latsio” bizim qıcıqlandırıcımız olub (daha əvvəl “Latsio” mövsüm ərzində “Napoli”ni iki dəfə məğlub edib – İtaliya Kubokunda 3:1, İtaliya A Seriyasında 1:0 – redaktorun qeydi), biz eyni ruhda davam etməli və gördüyümüz işlə hər oyunda qan-tər axıtmaqla fəxr etməliyik.
“Stadio Olimpiko”dakı bu heç-heçələri müsbət nəticələr olaraq qəbullanmaq gərəkdir. Biz, hər şeyin necə başladığını da unutmamalııq, bu gün biz daha da xoşbəxt ola bilərdik, amma bu, futboldur”, deyə Antonio Konte vurğulayıb.
İtalyan mütəxəssis itirilmiş vacib xallar mənzərəsində həmçinin çempionluq uğrunda mübarizə haqda da qənaətini açıqlayıb:
“Biz, duyğulara qapılmadan gücümüz daxilindəki hər bir xüsusu icra etməyə çalışırıq.
Biz, komandanın yarış cədvəlinin zirvəsində qərarlaşması üçün necə bir səylə iş görüldüyünü bilirik. Mən, bizim belə inanılmaz məqamlara müvəffəq olduğumuzla fəxr edirəm”, – DAZN şəbəkəsi Kontedən sitat gətirir.
Vurğulayıq ki, heç-heçə “Napoli”yə İtaliya A Seriyasının yarış cədəvlində vahid liderliyi itirməsi bahasına başa gəlib. “Napoli” 25 oyundan topladığı 56 xalla hələ də yarış cədvəlinin zirvəsində, amma şərti lider qismindədir. Belə ki, 24 oyundan 54 xalla 2-ci pillədə qərarlaşmış “İnter” indi mümkün liderə çevrilib. “Latsio” isə 46 xalla 4-cü pillədədir.


