“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 36-cı turunun “Cenoa” ilə ev oyununda 2:2 hesablı heç-heçəni şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Cenoa”nın qapımıza cəmi iki zərbəsi vardı, onların hər ikisindən də qol vurdular. Futbolda belə də olur, qol buraxdıqda, buna qədər daha yaxşısını etmək olardı. Bu, pərişan edir, çünki biz yaratdığımız hər şeyə görə qələbəyə layiq idik, buna görə də acı və təəssüf qalır.
Mövsümün əvvəlində qalib gəlməyəndə bu, məni qıcıqlandırır, o ki qaldı mövsümün sonuna üç tur qalmış ola, mən bu haqda susub danışmıram. Amma bu, futboldur, belə də olur. Mən oyunçularımdan daha artığını tələb edə bilməzdim, axı onlar qapıya 22 zərbə endirdilər, onlardan 11-i çərçivəyə, topa sahibolmada üstünlük saxlamışdıq, amma nəticədə ancaq heç-heçəyə müvəffəq olduq. Biz müvafiq vəziyyətlərdə təkmilləşməliyik”, deyə Antonio Konte vurğulayıb.
Heç-heçəyə rəğmən, “Napoli” İtaliya A Seriyasının yarış cədvəlində zirvədəki mövqeyini qoruyur. Amma indi əsas təqibçisi “İnter”lə fərq 1 xala enib. “Eşşəkciklər” 36 oyundan 78 xalla 1-ci, “neradzurri” isə 77 xalla 2-ci pillədədir. “Cenoa” 40 xalla 13-cü pillədə yer alıb.


