İtaliyan mütəxəssis Antonio Konte oyunlardan əvvəl seksin futbolçu üçün faydalı və ya zərərli olması ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Fanpage” dərgisinə istinadən Kontenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Keçmiş futbolçu olduğum üçün ötürə biləcəyim təcrübəm var. Bu, müəyyən vəziyyətlərə məhdudiyyətlər qoya və ya qadağan edə bilməyəcəyiniz deyil, amma əlbəttə ki, oyuna qədər olan məsləhət mümkün qədər az səy göstərməkdir.
Bunu necə təzmin etmək olar? Mümkün olan az səy süstlük deməkdir, ona görə də digər iştirakçı çox fəal olmalıdır”, deyə Konte bildirib.
Xatırladaq ki, Kontenin son iş yeri “Tottenhem” olub. İtaliyan mütəxəssis məşqçilik karyerasında son kubokunu “İnter”i çalışdırdığı zaman qazanıb. 2020/2021 mövsümündə Konte “neradzurri” ilə İtaliya çempionu olub.
Yeri gəlmişkən, Antonio Konte karyerası ilə bağlı peşmanlığından və çalışdırmaq arzusunda olduğu komandalardan da söz açıb. 54 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanından gələn təklifi rədd etdiyini də açıqlayıb:
“Yuventus”da cəmi üç il işlədikdən sonra ayrıldığım üçün peşmanam. Nə vaxtsa özümü “Roma” və ya “Napoli”də sınamaq istəyərdim. Ancaq adətən mövsümün sonunda komandaya baş məşqçi təyin olunmağa üstünlük verirəm. Mən Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifdən imtina etdim”.
Konte məşqçilik karyerası ərzində “Siena”, “Bari”, “Atalanta”, “Yuventus”, “Çelsi”, “İnter” kimi komandalara rəhbərlik edib. O, İtaliya millisinin baş məşqçisi də olub. İtalyan məşqçi 2014-cü ilin yayında “Yuventus”u məhz ölkəsinin yığma komandasına rəhbərlik etmək üçün tərk etmişdi.


