“Yuventus”dan ayrılan argentinalı yarımmüdafiəçi Anxel Di Mariya gələn həftə Portuqaliya təmsilçisi “Benfika”ya keçəcək.
Arena.az bu barədə italyan-jurnalist insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, artıq Di Mariya “Benfika” ilə müqaviləsini razılaşdırıb. Tərəflər hətta ilkin razılaşma imzalayıblar. Müqavilənin 1 il müddətinə (2024-cü ilin iyununa qədər) bağlandığı haqda məlumat var.
2022/2023 mövsümündə Anxel Di Mariya “Yuventus”un heyətində 40 oyuna çıxıb, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Di Mariyanın “Yuventus”la müqaviləsi bu il iyunun sonuna qədərdir.
“Transfermarkt” internet-portalı Di Mariyanı 8 milyon avro məbləğində qiymətləndirir.
Vurğulayaq ki, daha əvvəl MLS təmsilçisi “İnter Mayami”nin də Di Mariyanın xidmətlərində maraqlı olduğuna dair xəbərlər var idi.


