“Araz-Naxçıvan” ilkə imza atdı

Futbol üzrə Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsi “Araz-Naxçıvan” komandası üçün ilklərlə əlamətdar olub.

Arena.az xəbər verir ki, Azər Bağırovun yetirmələri “Kür-Araz”a 6:1 hesabı ilə qalib gəlib.

Bu, Naxçıvan təmsilçisinin ölkə kubokunda ilk böyükhesablı qələbəsidir. Muxtar Respublika klubu bunadək yalnız minimal hesabla qalib gəlməyi bacarmışdı.

Bu qələbə həm də səfərdə əldə olunan ilk uğurdur. “Araz-Naxçıvan” səfərdə keçirdiyi əvvəlki matçların hamısında uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: