“Araz Naxçıvan” qızıl medallarına qovuşdu – FOTOLAR

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün qalibi “Araz Naxçıvan” komandası mükafatlandırılıb. Arena.az xəbər verir ki, bu gün baş tutan 30-cu turun “Araz Naxçıvan” – “Zaqatala” (2:0) görüşünün ardınca mükafatlandırma mərasimi təşkil olunub.

Naxçıvan Muxtar Respublika stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, “Araz Naxçıvan” klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak edib.

Əvvəlcə turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub. Daha sonra çempionun rəsmi şəxsləri, məşqçiləri və futbolçuları qızıl medallara qovuşub.

Təltifetmə mərasimindən sonra tədbir Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun da iştirak etdiyi konsert proqramı ilə davam edib.

Mükafatlandırma mərasimində turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olunub. Yarışı qalib kimi başa vurmuş Naxçıvan təmsilçisinin hücumçusu Orxan Əliyev 27 qolla Birinci Divizionda 2022/2023 mövsümünün ən sərrast futbolçusu seçilib.