Azərbaycan Premyer Liqasının 15-ci turunun bu gün baş tutan “Araz-Naxçıvan” – “Səbail” matçı bərabərliklə (1:1) başa çatdı.
Arena.az Mərdəkanda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
15-ci tur
2 dekabr
“Araz-Naxçıvan” – “Səbail” 1:1
Qollar: Məhəmməd Kadiri, 18 – Numan Kurdiç, 90+3-öz qapısına.
Sarı vərəqələr: Vadim Abdullayev, 14 (qeyri-idman hərəkəti) – Vüqar Həsənov, 28 (qeyri-idman hərəkəti). Yadin Luqasi, 85 (qeyri-idman hərəkəti). Adi Mehremiç, 88 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 3 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 16:00. “Dalğa Arena”, 120 tamaşaçı.
Baş hakim: Rəvan Həmzəzadə.
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Rəhman İmami.
Dördüncü hakim: Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultano.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (7. Nicat Süleymanov, 63), 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri (9. Elvis Maşike, 72), 4. İqor Ribeyro, 8. İsmail Azzaui (14. Miço Kuzmanoviç, 50), 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando.
Baş məşqçi: Azər Bağırov.
Səbail: 1. Səlahət Ağayev (k), 74. Yusif Nəbiyev (8. Bahadur Həziyev, 82), 15. Vüqar Həsənov (17. Rafael Məhərrəmli, 46), 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda (44. Yadin Luqasi, 63), 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom (9. Amil Yunanov, 87), 27. Pedro Nuno (19. Samir Abdullayev, 87), 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 3. Silven Deslandes.
Baş məşqçi: Şahin Diniyev.


