“Araz-Naxçıvan” – “Soqdiana” görüşü baş tutmayacaq

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Özbəkistanın “Soqdiana” klubu toplanışa gəlmədiyi üçün onlarla görüş baş tutmayacaq. Bu üzdən də Küveytin “Əl-Ərəbi” komandası ilə qarşılaşma iyulun 24-də keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Araz-Naxçıvan” Ərzurumda ilk yoxlama oyununu Super Liqa təmsilçisi “Alanyaspor”a qarşı keçirib. İyulun 16-da baş tutan matç 1:1 hesabı ilə başa çatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: