Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti turunda “Səbail”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, Azər Bağırovun çalışdırdığı komanda bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında bir məşq keçəcək.
“Neftçi” ilə matçın gedişində zədələnən və buna görə də son iki məşqdə iştirak etməyən Vadim Abdullayev artıq sıraya dönüb. U-21-in düşərgəsində zədələnən və buna görə də adı “Neftçi” ilə matçın protokoluna daxil edilməyən Abdulla Rzayevdən də xoş xəbər var. Komandanın həkimi Anar Nəsibov müdafiəçinin bu gündən fərdi məşqlərə başlayacağını bildirib.
Əvəzedicilərin oyununda zədələnən əsas komandanın üçüncü qapıçısı Vüsal Şabanov isə bir müddət müalicə olunacaq.
Xatırladaq ki, Premyer Liqanın 7-ci turu çərçivəsində keçiriləcək “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də Bayıl qəsəbəsində yerləşən “ASCO Arena”da baş tutacaq. Oyuna saat 19:30-da start veriləcək.


