Artyom Dovbik La Liqa klubunda

Futbol üzrə Ukrayna millisinin və “Dnepr-1” klubunun hücumçusu Artyom Dovbik bundan sonra “Jirona”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, La Liqa təmsilçisi 7,75 milyon avro ödəməklə 27 yaşlı forvardı heyətinə cəlb edib.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Ukraynalı oyunçu yeni klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.

Artyom Dovbik 2020-ci ildən formasını geyindiyi “Dnepr-1” komandaısnda 86 oyuna çıxıb 54 qol və 14 assistlə yadda qalıb. O, Dnepropetrovsk “Dnepr”ində, “Sönderyuske”, “Midtyulland”, “Zarya” (Balti) kimi klublarda da forma geyinib. Ukrayna yığmasında 18 oyun keçirmiş Dovbik, bu matçlarda 6 qola imza atıb.

“Jirona” ötən mövsüm “Vilyarreal”dan icarəyə götürdüyü İvan Martinin də transfer hüquqlarını alıb. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Klub onun transferi üçün “Vilyarreal”a 2 milyon avro ödəyib. İspan futbolçu ötən mövsüm icarə əsasında oynadığı “Jirona”da 45 oyuna 3 qol vurub, 5 assist edib. “Vilyarreal”dan başqa “Mirandes” və “Alaves”də də oynamış yarımmüdafiəçi İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Jirona”nın mərkəz müdafiəçisi Bil Fares isə icarə əsasında “Sabadell” komandasına keçib. 21 yaşlı ispan futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. “Barselona”nın yetirməsi 2021-ci ildən formasını geyindiyi “Jirona”da cəmi 3 matça çıxıb.

“Jirona”da gənc hücumçu Castin Qarsiya ilə də yeni müqavilə imzalanıb. 19 yaşlı futbolçu 4 illik yeni sözləşməyə imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: