“Atletiko” doğma meydanda xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 22-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir görüş baş tutub.

Turun qapanış matçında lider “Atletiko” “Selta”nı qəbul edib. Madrid klubu dörd qolun qeydə alındığı bu oyundan xal itkisi ilə ayrılıb.

İspaniya La Liqası
22-ci tur
5 fevral

Alaves – Valyadolid 1:0
Qol: Xoselu, 66.

6 fevral

Levante – Qranada 2:2
Qol: Morales, 30; 67 – Kenedi, 43. Soldado, 90+2.

Hueska – Real 1:2
Qol: Qalan, 48 – Varan, 55; 84.

Elçe – Vilyarreal 2:2
Qol: Karillo, 49. Boy, 64 – Moreno, 16; 35.

Sevilya – Xetafe 3:0
Qol: Munir, 67. Qomes, 87. En Nesiri, 89.

7 fevral

Real Sosyedad – Kadis 4:1
Qol: Oyarzabal, 26-pen; 34. İsak, 54; 59 – İskerdo, 65.

Atletik – Valensiya 1:1
Qol: Sanmartin, 43 – Qabriel, 65.

Osasuna – Eybar 2:1
Qol: Kalyeri, 18. Budimir, 86 – Kike, 44.

Betis – Barselona 2:3
Qol: B.İqlesias, 38. Ruis, 75 – Messi, 59. Ruis, 68-öz qapısına. Trinkao, 87.

8 fevral

Atletiko – Selta 2:2
Qol: L.Suares, 45; 50 – Mina, 13. Ferreyra, 89.