“Atletiko” İspaniya Kubokunda final şansını azaltdı

Bu gün futbol üzrə İspaniya Kubokunda 2023/2024-cü il mövsümünün yarımfinal mərhələsinin növbəti ilk oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Madrid “Atletiko”su doğma meydanda Bilbao “Atletik”i ilə qarşılaşıb. İddialı rəqibinə səfərdə tək qolla qalib gələn “Atletik” cavab matçı öncəsi böyük üstünlük əldə edib.

Xatırladaq ki, daha öncə “Malyorka” doğma meydanda “Real Sosyedad”la qarşılaşmışdı və komandalar arasındakı ilk oyunda qapılara qol vurulmamışdı.

İspaniya Kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları fevralın 28-də və 29-da keçiriləcək.

İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
6 fevral

Malyorka – Real Sosyedad 0:0

7 fevral

Atletiko – Atletik 0:1
Qol: Berencer, 25.

Xəbəri sosial şəbəkələrdə paylaş: