İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Madrid təmsilçisi “Monako”dan Benjamen Lekomtu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı qapıçı 2021/22 mövsümünü icarə əsasında “Atletiko”da keçirəcək. Lekomt yeni komandasında 1 nömrəli formanı geyinəcək.
Benjamin Lekomt 2019-cu ildən “Monako”da çıxış edir. O, bu komandanın heyətində 50 matça çıxıb. Fransız qolkiper əvvəllər “Loryan”, “Dijon” və “Monpelye” klublarının da formasını geyinib.


