Futbol üzrə İspaniya La Liqasında 28-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış oyununda ardıcıl qələbələr sayəsində turnir cədvəlində yenidən Çempionlar Liqası zonasına qayıdan “Atletiko” “Kadis”i qəbul edib. Üç qolun qeydə alındığı matç Madrid təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Lider “Real” “Malyorka” ilə səfər matçına yüksək əhval-ruhiyyədə yollanacaq. Belə ki, Karlo Ançelottinin yetirmələri həftəiçi Çempionlar Liqasında PSJ-ni məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.
“Kamp Nou”da “Osasuna”nı qəbul edəcək “Barselona” La Liqada ardıcıl 4-cü qələbəsini qazanmaq niyyətindədir.
İspaniya La Liqası
28-ci tur
11 mart
Atletiko – Kadis 2:1
Qol: J.Feliks, 3. De Paul, 68 – Neqredo, 45.
12 mart
17:00 Levante – Espanyol
19:15 Qranada – Elçe
21:30 Vilyarreal – Selta
00:00 Xetafe – Valensiya
13 mart
17:00 Rayo Valyekano – Sevilya
19:15 Betis – Atletik
21:30 Real Sosyedad – Alaves
00:00 Barselona – Osasuna
14 mart
00:00 Malyorka – Real


