“Atletiko”nun hücumçusunda koronavirus aşkarlandı

İspaniyanın “Atletiko” klubunun hücumçusu Joao Feliksdə koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, portuqaliyalı hücumçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.

Feliksin səhhəti yaxşıdır və özünü təcrid edib.