Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilmiş tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bəlli olub.
Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiya “Şelburn”una məğlub olarsa, qitənin ikinci səviyyəli klub turnirində “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün uduzanı ilə üz-üzə gələcək.
Bu komandalar arasında birinci matç avqustun 7-də səfərdə, ikinci oyun bir həftə sonra evdə olacaq.


