Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün pley-off mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.
Mübarizəyə birbaşa bu mərhələdən qoşulan “Trabzonspor”u Macarıstan “Ferentsvaroş”u ilə ev oyununda məğlub olub. Türkiyənin digər təmsilçisi “Beşiktaş” isə Litvanın “Kauno Jalgiris” komandasını ilk oyunda darmadağın edib.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri avqustun 27-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunları
20 avqust
Kayrat (Qazaxıstan) – Anderlext (Belçika) 0:3
Yagelloniya (Polşa) – İberiya (Gürcüstan) 4:0
Myalbü (İsveç) – Zalsburq (Avstriya) 0:1
Beşiktaş (Türkiyə) – Kauno Jalgiris (Litva) 3:0
Eqnatiya (Albaniya) – Lilleström (Norveç) 0:0
Lex (Polşa) – Tyun (İsveçrə) 7:0
Trabzonspor (Türkiyə) – Ferentsvaroş (Macarıstan) 0:1
Universitatya (Krayova, Rumıniya) – Ararat (Ermənistan) 1:1
Srvena Zvezda (Serbiya) – Viktoriya (Çexiya) 3:0
OFİ (Yunanıstan) – ÇSKA (Sofiya, Bolqarıstan) 3:0
Sent-Trüden (Belçika) – Omoniya (Kipr) 1:0
Benfika (Portuqaliya) – Orhus (Danimarka) 3:1


