Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, bütün oyunlar eyni günə təsadüf edib.
Mübarizəyə birbaşa bu mərhələdən qoşulan “Trabzonspor” Macarıstanda “Ferentsvaroş”a böyük hesabla uduzaraq Avroliqa ilə erkən vidalaşıb.
Türkiyənin digər təmsilçisi “Beşiktaş” isə evdə böyük hesabla yendiyi Litvanın “Kauno Jalgiris” komandasına səfərdə uduzmasına rəğmən, növbəti mərhələyə yüksəlib.
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” (Albaniya), Qazaxıstanın “Kayrat”, Gürcüstanın “İberiya” komandaları da Avropa Liqasında mübarizəni dayandırıblar.
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları
27 avqust
Ararat (Ermənistan) – Universitatya (Krayova, Rumıniya) 1:0 (ilk oyun 1:1)
İberiya (Gürcüstan) – Yagelloniya (Polşa) 1:2 (0:4)
Kauno Jalgiris (Litva) – Beşiktaş (Türkiyə) 1:0 (0:3)
Lilleström (Norveç) – Eqnatiya (Albaniya) 2:1 (0:0)
Omoniya (Kipr) – Sent-Trüden (Belçika) 4:2 (0:1)
Viktoriya (Çexiya) – Srvena Zvezda (Serbiya) 5:1 (0:3)
Zalsburq (Avstriya) – Myalbü (İsveç) 3:0 (1:0)
Orhus (Danimarka) – Benfika (Portuqaliya) 1:3 (1:3)
ÇSKA (Sofiya, Bolqarıstan) – OFİ (Yunanıstan) 0:2 (0:3)
Tyun (İsveçrə) – Lex (Polşa) 2:2 (0:7)
Anderlext (Belçika) – Kayrat (Qazaxıstan) 3:0 (3:0)
Ferentsvaroş (Macarıstan) – Trabzonspor (Türkiyə) 4:0 (1:0)


