Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi start götürüb.
Arena.az xəbər verir ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) mübarizə aparır.
Bu gündən etibarən medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Onlardan ilk olaraq Əvəz Tağıyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 213 kq (95+118) nəticə ilə 5-ci yeri tutub.
İyulun 26-da start götürmüş Avropa birinciliyi avqustun 3-də başa çatacaq.


