Avropa çempionatı: İngiltərə finalda!

Futbol üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, bu gün AÇ-2020-də sonuncu finalçının da adına aydınlıq gəlib.

İkinci yarımfinal qarşılaşması İngiltərə və Danimarka yığmaları arasında baş tutub. Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmanı Niderland olan Danni Makkeli idarə edib. Görüşdə hesabı danimarkalılar açıblar. Amma ingilislər buraxılan topun əvəzini çıxa biliblər. İkinci hissədə başqa qol vurulmadığından, əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha bir qol vuran İngiltərə yığması finala yüksəlib.

Qeyd edək ki, digər yarımfinal görüşündə İtaliya millisi İspaniya üzərində qələbə (1:1, penaltilərlə 4:2) qazanmışdı. Beləliklə, iyulun 11-də keçiriləcək final görüşündə İtaliya və İngiltərə yığmaları üz-üzə gələcək.

Avropa çempionatı
Yarımfinal
7 iyul

İngiltərə – Danimarka 2:1
Qol: S.Kyaer, 39-öz qapısına. H.Keyn, 104 – M.Damsqaard, 30.
Baş hakim: Danni Makkeli (Niderland).
London. “Uembli” stadionu.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 19. Meyson Maunt, 25. Bukayo Saka.
Ehtiyat oyunçular: 13. Aaron Ramzdeyl, 23. Sem Conston, 7. Cek Qriliş, 8. Cordan Henderson, 11. Markus Reşford, 12. Kiran Trippyer, 15. Tayron Minqs, 16. Konor Koadi, 17. Ceydon Sanço, 20. Fil Foden, 24. Ris Ceyms, 26. Cud Bellingem.
Baş məşqçi: Qaret Sautqeyt.

Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq.
Ehtiyat oyunçular: 16. Yonas Lössl, 22. Frederik Ronnov, 2. Yoaxim Andersen, 7. Robert Skov, 11. Andreas Skov Olsen, 13. Matias Yorgensen, 15. Kristian Norqaard, 18. Daniel Vass, 19. Yonas Vind, 20. Yussuf Poulsen, 21. Andreas Kornelius, 24. Matias Yensen.
Baş məşqçi: Kasper Hyulmand.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: