Avropa çempionatına Nazilə İsmayılova ilə start verdik


Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunmuş ağırlıqqaldırma üzrə Avropa çempionatına start verilib.

Arena.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.

Artıq onlardan biri – Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.

Atletimiz toplam 128 kq (58+70) nəticə göstərib və yekun sıralamada 11-ci yeri tutub.

Xatırladaq ki, Azərbaycan millisi fevralın 20-nə qədər davam edəcək bu Avropa çempionatına 9 atletlə yollanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: