Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin 10 ən yaxşı komandasının adını açıqlayıb.
Arena.az xəbər verir ki, araşdırma 2011-2020-ci illəri əhatə edib.
Siyahının ilk pilləsində “Barselona” qərarlaşıb. İspaniyanın digər nəgəng klubu “Real” ikincidir. İlk “3-lüy”ü Almaniyanın “Bavariya” klubu qapayır.
Avropanın ən yaxşı komandası bunlardır:
- Barselona (İspaniya) – 2877
- Real (İspaniya) – 2782
- Bavariya (Almaniya) – 2594,5
- PSJ (Fransa) – 2357
- Atletiko (İspaniya) – 2302
- Yuventus (İtaliya) – 2272
- Çelsi (İngiltərə) – 2113
- Mançester Siti (İngiltərə) – 2113
- Mançester Yunayted (İngiltərə) – 2020
- Arsenal (İngiltərə) – 2016


