Futbol üzrə Avstriya Bundesliqasında 2020/21 mövsümünün qalibi bəlli olub.
Arena.az xəbər verir ki, ölkə çempionatının 30-cu turunda “Rapid”i 2:0 hesabıyla məğlub edən “Zalsburq” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Gümüş və bürünc mükafatçıların taleyinə isə son turlarda aydınlıq gələcək. Hazırda “Rapid” ikinci (33), LASK üçüncü (30), “Şturm Qraz” isə dördüncü (30) pillədə qərarlaşıb.
“Zalsburq” klub tarixində ardıcıl 8-ci dəfə Bundesliqanın qalibi olub. Bütövlükdə isə bu komanda 15-ci çempionluğunu bayram edib. Avstriyanın ən çox çempion olan komandası isə Vyana “Rapid”idir – 32 dəfə. Vyananın digər təmsilçisi “Austriya” isə 24 çempionluqla ikinci pillədə qərarlaşıb.


