Avstriya – Şimali Makedoniya matçının ən yaxşısı bəlli oldu

AÇ-2020-nin D qrupu çərçivəsində keçirilən Avstriya – Şimali Makedoniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Arena.az xəbər verir ki, Avstriya yığmasının kapitanı David Alaba bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu bu matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, David Alaba bu yay “Bavariya”dan ayrılaraq Madrid “Real”ı ilə müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: