Ayaz Quliyev 23 dəqiqə oynadı, komandası yenə uduzdu

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasında 8-ci turu çərçivəsində baş tutan “Orenburq”la qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Ayaz Quliyev bu matçın 67-ci dəqiqəsində meydana buraxılıb.

“Ximki” 8 turdan sonra 7 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: