İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad” sol cinah müdafiəçisi Ayen Munyos ilə müqavilənin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı ispan futbolçu ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Onun əvvəlki sözləşməsi bu mövsümün sonuna qədər idi.
Ayen Munyos 2019-cu ildən “Real Sosyedad”da forma geyinir. O, bu mövsüm 14 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Klubun öz yetirməsi olan Munyos bu komandada bütövlükdə 122 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.


