Ayron Qomis “Zirə”ni Fransa klubuna dəyişdi

“Zirə”nin mövsümlərarası fasiləsi dönəmində yollarını ayırdığı yarımmüdafiəçi Ayron Qomis bundan sonrakı karyerasını Fransada davam etdirəcək.

Arena.az xəbər verir ki, 26 yaşlı dayaq yarımmüdafiəçisu bu ölkənin “Trua” klubu ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, sözügedən komanda yeni mövsümdə Fransanın əsas çempionatında – Liqa 1-də mübarizə aparacaq.

Xatırladaq ki, Ayron Qomis 2024-cü ilin sentyabrından “Zirə”də oynayırdı. O, ötən mövsüm meydana çıxdığı 35 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Qomisin “Zirə” karyerası 64 oyun, 3 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Əslən Seneqaldan olan fransalı yarımmüdafiəçi Fransanın “Amyen” klubunun yetirməsidir. O, Fransanın digər klubu “Dünkerk”də də çıxış edib. Qomis Türkiyədə “Kasımpaşa”nın, İtaliyada “Salernitana”nın uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: