Qadın futbolçulardan ibarət komandalar arasında UEFA Millətlər Liqasının 1-ci turunun Azərbaycan – Kipr matçına təyinatlar açıqlanıb.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.
Oyunun baş hakim FİFA referisi Yelena Qobjila olacaq. Ona yan xətt hakimləri Natalia Çeban və Ana Çiobotaru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Oksana Çruç yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 22-də “Dalğa Arena”da baş tutacaq bu görüşə saat 17:00-da start veriləcək.
Xatırladaq ki, yığmamızın yer aldığı 3-cü qrupda Kiprdən başqa Monteneqro və Farer adaları da var. Millimizin növbəti matçı məhz Monteneqro yığmasına qarşı olacaq. Bu matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq. Sentyabrın 26-da keçiriləcək bu oyuna saat 20:00-da start veriləcək.
UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
22 sentyabr
17:00. Azərbaycan – Kipr
Baş hakim: Yelena Qobjila (Estoniya).
Baş hakimin köməkçiləri: Nataliya Çeban, Ana Çiobotaru (Estoniya)
Dördüncü hakim: Oksana Çruç (Estoniya).
Bakı. “Dalğa Arena”.


