Azərbaycan millisi dünya çempionatında 3-cü oldu

İordaniyanın paytaxtı Amman şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Arena.az xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.

Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib.

Yekunda 105 xal toplayan Azərbaycan millisi komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: