Futbol üzrə Azərbaycan millisi uzun müddətdir qələbə üzünə həsrət qalmasına baxmayaraq, FIFA reytinqində bir pillə irəliləyib.
Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən xəbər verir.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142,25 xalla hazırda 123-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, komandamız əvvəlki siyahıda 1148,09 xalla 124-cü idi.
Azərbaycan millisi bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub.
Millimizin irəliliməsi 124-cü olan Toqo seçməsinin dörd sıra geriləməsi sayəsində mümkün olub.
Xatırladaq ki, FIFA reytinqinin ilk pilləsində İspaniya yer alıb. Argentina ikinci, Fransa isə üçüncü pillədə yer alıb.
Reytinqin ilk 10 pilləsində bu komandalar qərarlaşıblar:
- İspaniya – 1880,76
- Argentina – 1872,43
- Fransa – 1862,71
- İngiltərə – 1824,3
- Portuqaliya – 1778
- Niderland – 1759,96
- Braziliya – 1758,85
- Belçika – 1740,01
- İtaliya – 1717,15
- Almaniya – 1713,3


