DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa və Ukrayna ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, millimiz dünən Mərdəkandakı “Dalğa Arena”da ilk məşqinə çıxıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması ilə üz-üzə gələcək. Ayın 13-də isə millimizi Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə oyun gözləyir.





