Azərbaycan millisi Malayziya yığmasına qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ilk oyuna çıxacaq.

Arena.az xəbər verir ki, komandamız məhz bu turnirdə iştirak etmək üçün bir neçə gün idi Banqladeşdə təlim-məşq toplanışında idi.

Komandamız bu gün paytaxt Dəkkədə Malayziya yığması ilə qarşılaşıb. Azərbaycan millisi bu oyunda 2:0 hesablı qələbəyə sevinib. Milli Stadionda keçirilmiş görüşdə qolları Peritan Bozdağ (4) və Nigar Mirzəliyeva (24) vurublar.

Komandamız növbəti oyununu dekabrın 2-də Banqladeş seçməsinə qarşı keçirəcək. Meydan sahibləri ilə oyun da Milli Stadionda baş tutacaq.

Azərbaycan millisi sözügedən turnirdə aşağıdakı heyətlə mübarizə aparır:

  1. Aytac Şərifova – Yüksekova (Türkiyə)
  2. Günay İsmayılova – Neftçi
  3. Mehriban Şahməmmədova – ALG Spor (Türkiyə)
  4. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  5. Jalə Məhsimova – Yüksekova (Türkiyə)
  6. Kamilla Məmmədova – Yelimay (Qazaxıstan)
  7. Ayşən Əhmədova – Amed Spor (Türkiyə)
  8. Alina Nəhmədova – Neftçi
  9. Aysun Muradova – Haymana Spor (Türkiyə)
  10. Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
  11. Yeliz Acar – Beşiktaş (Türkiyə)
  12. Aydan Həsənova – Neftçi
  13. Manə Mollayeva – Neftçi (Azərbaycan)
  14. Fidan Cəfərova – Hakkarigücü (Türkiyə)
  15. Peritan Bozdağ – Fənərbağça (Türkiyə)
  16. Vüsalə Seyfəddinova – Neftçi
  17. Firəngiz Teymurova – Neftçi
  18. Vüsalə Hacıyeva – Yüksekova (Türkiyə)
  19. Esra Manya – Beşiktaş (Türkiyə)
  20. Kristina Bakarandze – Liman
  21. Coşqunə Əliyeva – Neftçi
  22. Sevinc Cəfərzadə – Yüksekova (Türkiyə)
  23. Röya Əliyeva – Neftçi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: