Azərbaycan millisi rekord xalla Avropa çempionu oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatının qalibi olub.

Arena.az xəbər verir ki, bu gün Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmış Azərbaycan millisi 144 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Bu, U-20 Avropa çempionatları tarixində yunan-Roma güləşi üzrə millnin topladığı ən yüksək xaldır.

Yığmamız ən yaxın izləyicisi Gürcüstanı 10 xal qabaqlayıb. Türkiyə isə 113 xalla 3-cü yeri tutub.

Xatırladaq ki, Azərbaycan güləşçilərindən Elmir Əliyevlə (55 kq) Ruslan Nurullayev (72 kq) qızıl, Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Məraim Muatafayevlə (63 kq) Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: