Azərbaycan millisi seçmə mərhələyə uğursuz başladı

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.

Skopyedə keçirilmiş qarşılaşma rəqibin 87:49 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, yığmamız noyabrın 30-da Bakıda Lüksemburq kollektivini qəbul edəcək.

Yığmamızın bu oyunlar üçün açıqlanmış heyətində aşağıdakı basketbolçular yer alıblar:

Emmanuel Aqbason
Uesli Van Bek
Əkbər Məmmədov
Ulaş Turqut
Elşad Şirzadov
Amil Həmzəyev
Kamran Məmmədov
Ercan Donat
Derin Berkoz
Saadettin Donat
Endər Poladxanlı
Şirzad Şirzadov

Xatırladaq ki, Azərbaycan millisi komandası 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin A qrupunda Şimali Makedoniya, Lüksemburq və İrlandiya yığmaları ilə mübarizə aparır.

Xəbəri sosial şəbəkələrdə paylaş: