Azərbaycan millisi Tiranada Avropa ikincisi oldu

Sərbəst güləş üzrə Azəraycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-17 Avropa çempionatında ikinci yeri tutub.

Arena.az xəbər verir ki, bu gün yekunlaşan qitə birinciliyində sərbəst güləş üzrə millimizin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.

4 qızıl və 3 bürünc medal əldə edən yığmamız medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, ən yaxın izləyicimiz olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Azərbaycan millisi xal sistemi üzrə sıralamada isə 155 xalla ikinci yeri tutub.

Xatırladaq ki, komandamızın heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: