Azərbaycan millisinin ilk 2 matçının məkanı və vaxtı bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk iki oyununun məkanı və başlama saatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının C Liqasında 3-cü qrupda yer alan millimiz sentyabrın 22-də Kipr yığması ilə qarşılaşacaq. Həmin gün “Dalğa Arena”da baş tutacaq bu oyuna saat 17:00-da start veriləcək.

Monteneqro yığmasına qarşı matç isə Podqoritsa şəhərindəki “Ljeskopolje Arena”da təşkil olunacaq. Sentyabrın 26-da keçiriləcək bu oyuna da saat 20:00-da start veriləcək.

Xatırladaq ki, yığmamızın yer aldığı 3-cü qrupda Monteneqro və Kiprdən başqa Farer adaları komandası da var. Bu rəqiblə ilk oyunumuz isə oktyabrın 27-də səfərdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: