Azərbaycan – Türkiyə oyunları gürcü və rumın hakimlərə tapşırıldı

Qadın futbolçulardan ibarət Azərbaycan və Türkiyə yığmaları arasında Bakıda keçiriləcək yoxlama oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu komandalar arasında oyunlar aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək. Hər iki qarşılaşmaya saat 16:00-da start veriləcək. Aprelin 8-də keçiriləcək ilk qarşılaşmanı Gürcüstandan olan hakimlər idarə edəcəklər. Ayın 11-də təşkil olunacaq oyun isə Rumıniyadan olan FİFA referilərinə tapşırılıb.

Azərbaycan – Türkiyə
Hakimlər: Teona Sturua, Katuna Maisuradze, Ketevan Qaiparaşvili (hamısı Gürcüstan)
Dördüncü hakim: Fəridə Lütfəliyeva
8 aprel. “Dalğa Arena”. Saat 16:00.

Azərbaycan – Türkiyə
Hakimlər: Kristina Mariana Trandafir, Elena Mihaila Tepusa, Roxana İvanov (Hamısı Rumıniya).
Dördüncü hakim: Fəridə Lütfəliyeva.
11 aprel. Dalğa Arena. Saat 16:00.

Xatırladaq ki, qadın futbolçulardan ibarət yığmamızın baş məşqçi Siyasət Əsgərov qarşıdakı iki sınaq matçı üçün milliyə 23 futbolçu dəvət edib:

  1. Aytac Şərifova – Trabzonspor (Türkiyə)
  2. Günay İsmayılova – Amedspor (Türkiyə)
  3. Nərgiz Əliyeva – Ereğli Bələdiyyəspor (Türkiyə)
  4. Göknur Güləryüz – Fənərbağça (Türkiyə)
  5. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  6. Kamilla Məmmədova – Kayseri (Türkiyə)
  7. Nərgiz Hacıyeva – Trabzonspor (Türkiyə)
  8. Manə Mollayeva – 8 – iOEUGiM
  9. Ayşən Əhmədova – Fomget və Genclik Spor (Türkiyə)
  10. Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
  11. Diana Məmmədova – Yenisey (Rusiya)
  12. Sona Rəhimova – Amedspor (Türkiyə)
  13. Coşqunə Əliyeva – Kayseri (Türkiyə)
  14. Vüsalə Hacıyeva – Amedspor (Türkiyə)
  15. Vüsalə Seyfəddinova – Amedspor (Türkiyə)
  16. Firəngiz Teymurova – 8 – iOEUGiM
  17. Jalə Məhsimova – Ereğli Bələdiyyəspor (Türkiyə)
  18. Yeliz Acar – Fatih Vatan (Türkiyə)
  19. Peritan Bozdağ – Fatih Vatan (Türkiyə)
  20. Esra Manya – Beşiktaş (Türkiyə)
  21. Sevinc Cəfərzadə – Krasnodar (Rusiya)
  22. Nazlıcan Parlak – Fənərbağça (Türkiyə)
  23. Bilge Su Koyun – Fatih Vatan (Türkiyə)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: