Azərbaycan yığması dünya birinciliyinə 3 atletlə yollanır

Yeniyetmələrdən ibarət ağır atletika üzrə Azərbaycan yığması Albaniyanın Dürres şəhərində keçiriləcək dünya birinciliyində iştirak edəcək. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 25 mart – 1 aprel aralığında Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək. 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatılacağı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayacaq.

Azərbaycan yığması dünya birinciliyində aşağıdakı heyətlə çıxış edəcək: Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq), Ravin Alməmmədov (73 kq).

Xəbəri sosial şəbəkələrdə paylaş: