Azərbaycan yığması Moldovaya da qalib gəldi, lider oldu

Basketbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Andorrada keçirilən Avropa çempionatının C Divizionunda növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, B qrupunda qərarlaşan millimiz ikinci sınağında Moldova yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 78:55 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz bu qələbə sayəsində qrupda ilk pilləyə yüksəlib. Azərbaycan basketbolçuları daha öncə meydan sahiblərinə – Andorra yığmasına 64:50 hesabı ilə qalib gəlmişdi.

Azərbaycan yığması növbəti oyununu Albaniyaya qarşı keçirəcək. İyulun 20-də baş tutacaq bu görüşə Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: