Azərbaycanın stolüstü tennisçiləri Avropa çempionatında

Azərbaycanın stolüstü tennisçiləri 13 yaşadək idmançılar arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, seçmə komandamız bu gün yarışın təşkil ediləcəyi Xorvatiyanın Zaqreb şəhərinə yollanıb.

Azərbaycan bu Avropa çempionatında 4 idmançı ilə təmsil olunacaq. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova şəxsi, komanda və qoşa-qarışıq mübarizədə etimadı doğrultmağa çalışacaqlar.

Azərbaycan millisi ilk olaraq komanda yarışlarında Polşa, İsveç və İslandiya seçmələri ilə eyni qrupda qüvvəsini sınayacaq.

İyunun 14-də start veriləcək Avropa çempionatına iyunun 18-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: