Britaniyanın “FourFourTwo” nəşri azarkeşləri ən çox qıcıqlandıran “xain transferlər”in siyahısını tərtib edib.
Arena.az məlumat verir ki, söhbət prinsipial rəqiblərin düşərgəsinə transferlərdən gedir.
Gözlənildiyi kimi, yaxın keçmişdə Luiş Fiqunun “Barselona”dan “Real”a keçidi ən qalmaqallı transferlərin zirvəsində yer alıb.
Ən qalmaqallı transferlərin onluğunu diqqətinizə çatdırırıq:
- Luis Fiqo 2000-ci ildə “Barselona”dan “Real”a keçib;
- Sol Kempbell 2001-ci ildə “Tottenhem”dən “Arsenal”a keçib;
- Roberto Bacco 1990-cı ildə “Fiorentina”dan “Juventus”a keçib;
- Yohan Kroyf 1983-cü ildə “Ayaks”dan “Feyenoord”a keçib;
- Eysebio 1960-cı ildə “Sportinq Lourensu-Markiş”dən “Benfika”ya keçib;
- Mo Conston 1989-cu ildə “Nant”dan “Reyncers”ə keçib;
- Dieqo Maradona 1991-ci ildə “Napoli”dən ayrılıb;
- Eşli Koul 2006-cı ildə “Arsenal”dan “Çelsi”yə keçib;
- Mario Götze 2013-cü ildə “Borussiya Dortmund”dan “Bayern”ə keçib;
- Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə keçib.


