Bəxtiyar Həsənalızadə “Boluspor”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 6-cı turu çərçivəsində baş tutan “Boluspor”la oyunun iştirakçısı olub.

Səfərdə baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğursuz alınıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.

“Tuzlaspor” hazırda 3 xalla 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 3 oyuna çıxıb və 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: