Bəxtiyar Həsənalızadə üçün 8 dəqiqə və 3 xal – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 33-cü turu çərçivəsində baş tutan “Sakaryaspor”la oyunun iştirakçısı olub.

Futbolçumuzun komandası səfərdə baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:0. “Tuzlaspor” 57-ci və 90+6-cı dəqiqələrdə vurduğu qollar sayəsində vacib 3 xal əldə edib.

Bəxtiyar bu oyunun 82-ci dəqiqəsində meydana buraxılıb.

“Tuzlaspor” hazırda 37 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 20 oyuna çıxıb. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: