“Barselona” darmadağına sevindi, “Sevilya” xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 28-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan “Sevilya” turu xal itkisi ilə başa vurub. “Betis” “Atletik”i, “Real Sosyedad” isə “Alaves” minimal hesabla üstələyib.

“Barselona” isə “Kamp Nou”da “Osasuna” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi La Liqada ardıcıl 4-cü qələbəsini qazanıb.

Lider “Real” “Malyorka” ilə səfər matçına yüksək əhval-ruhiyyədə yollanacaq. Belə ki, Karlo Ançelottinin yetirmələri həftəiçi Çempionlar Liqasında PSJ-ni məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.

İspaniya La Liqası
28-ci tur
11 mart

Atletiko – Kadis 2:1
Qol: J.Feliks, 3. De Paul, 68 – Neqredo, 45.

12 mart

Levante – Espanyol 1:1
Qol: D.Qomes, 80 – Puado, 50.

Qranada – Elçe 0:1
Qol: Fidel, 11.

Vilyarreal – Selta 1:0
Qol: Parexo, 64.

Xetafe – Valensiya 0:0

13 mart

Rayo Valyekano – Sevilya 1:1
Qol: Bebe, 46 – Dileyni, 63.

Betis – Atletik 1:0
Qol: B.İqlesias, 20.

Real Sosyedad – Alaves 1:0
Qol: Zubimendi, 70.

Barselona – Osasuna 4:0
Qol: F.Torres, 14-pen; 21. Obameyanq, 27. Puiq, 75.

14 mart

00:00 Malyorka – Real

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: