“Barselona” De Yonqun oktyabrda qayıdışını gözləyir

İspaniya çempionu “Barselona” Frenki de Yonqun oktyabrın 8-dək komandanın ümumi məşqlərinə qayıdacağını gözləyir.

Arena.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

29 yaşlı niderlandlı yarımmüdafiəçinin bərpa prosesini beynəlxalq fasilənin sonuna qədər başa çatdırması planlaşdırılır.

De Yonqun göstərilən tarixə qədər reabilitasiya kursunu tamamlamağı gözlənilir. Onun komandaya qayıdışında əsas şərt zədənin ağırlaşmaması və təkrarlanmamasıdır.

Futbolçu əməliyyat olunmaqdan imtina edərək konservativ müalicə üsulunu seçib. O, klub futbolunda iki həftəlik fasilədən maksimum yararlanaraq müalicə prosesini başa çatdırmağı planlaşdırır.

Xatırladaq ki, de Yonq 2026-cı il dünya çempionatında Niderland millisinin heyətində çıxış edərkən sağ dizinin medial yan bağının cırılması səbəbindən “Barselona”nın düşərgəsinə zədələnmiş halda qayıdıb.

Xatırladaq ki, “Barsa” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir. “Bayquşlar” Kataloniya nəhəngi ilə bu il noyabrın 25-də Bakıda qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: