“Barselona”nın Bilbao “Atletik”inin 22 yaşlı ispaniyalı sol cinah hücumçusu Niko Uilyamsın xidmətində maraqlı olduğu haqda məlumat var.
Arena.az məlumat verir ki, mətbuat Uilymasın “Barselona”ya keçməsinə, “blauqrana”nın 17 yaşlı ulduz hücumçusu Lamin Yamalla dostluğunun təsir göstərə biləcəyini yazır.
Bu mənzərədə Kataloniya klubunun idman direktoru Deku müvafiq xəbəri şərh edib:
“Xeyr, çünki Nikonun namizədliyi hələ ötən mövsümdə bizim masamız üzərində idi. Niko haqda fikir bizi çoxdan təqib edir. Onların dostluğu – bu, adi təzahürdür, amma biz onu dost qismində dəvət etmək haqda düşünmürük, bura dostlar klubu deyil. Bura işləmək üçün gəlirlər və qələbə qazanmağa cəhd edirlər. Onlar əla anlaşırlarsa, bu, əladır. Ən əsası, onun köklənməsi və bizə nə gərək olduğu haqda təsəvvürə malik olmasıdır. Əgər bunlar olsa, onda o, hamı ilə dostlaşacaq”, – “La Vanguardia” dərgisi Dekudan sitat gətirir.
Xatırladaq ki, Uilyamsın xidmətində həmçinin Almaniya nəhəngi “Bayern”də də maraqlı olması haqda məlumat var.


